NATO Baş katibi gözlənilmədən Əfqanıstana səfərə gedib
6 Noyabr 2018 11:41 DünyaNATO Baş katibi Yens StoltenberqƏfqanıstana əvvəlcədən elan edilməmiş səfərə yola düşüb.
Bu barədə Alyansın nümayəndəsi Oana Lungesku "Twitter"də məlumat verib.
"Onu NATO Hərbi Komitəsinin rəhbəri Stüart Piç və NATO-nun Avropadakı Birləşmiş Qüvvələrin komandiri Körtis Skaparottimüşayiət edir", - o yazıb.
Məlumata görə, Y.Stoltenberq Əfqanıstan Prezidenti, hökumət üzvləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirmək niyyətindədir. Bundan əlavə, Baş katib NATO-nun Əfqanıstandakı "Qətiyyətli dəstək" missiyasının komandanı Skott Miller, NATO-nun baş mülki nümayəndəsi Kornelius Tsimmerman və missiyanın hərbi qulluqçuları ilə görüşəcək.
Diplomatik mənbələrin məlumatına görə, NATO-nun Əfqanıstan hökuməti ilə müzakirə edəcəyi əsas mövzular NATO təlimçiləri və müşavirlərinin missiyasının mümkün genişləndirilməsi, "Taliban"la danışıqların perspektivləri və ildə, təxminən, 4 milyard dollardan çox tələb edən Əfqanıstan ordusunun xarici maliyyələşdirilməsi məsələləri olacaq.
report