İran BMT-ni ABŞ-ın yeni sanksiyalarına qarşılıq verməyə çağırıb
6 Noyabr 2018 11:40 Dünyaİranın BMT-dəki daimi nümayəndəsiQulam Əli Xoşrou qurumun baş katibi Antoniu Quterreşə ABŞ-ınYaxın Şərq dövlətinə qarşı tətbiq etdiyi yeni sanksiyalara qarşılıq vermək xahişi ilə müraciət edib.
Müraciət mətnində bildirilir ki, Birləşmiş Ştatların birtərəfli qaydada hərəkəti BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini, həmçinin BMT Nizamnaməsinin müddəalarını pozur.
"ABŞ-ın məsuliyyətsiz davranışı beynəlxalq birliyin kollektiv şəkildə reaksiyasına ehtiyac duyur", - deyə Xoşrou əlavə edib.
Bundan əvvəl ABŞ İran banklarına, gəmilərinə və təyyarələrinə sanksiya tətbiq edib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31