"Spice Girls" qrupu silsilə konsertlər verməyi planlaşdırır
6 Noyabr 2018 11:35 Dünyaİngiltərənin "Spice Girls" pop qrupu birləşdiyini və konsert fəaliyyətini bərpa etdiyini elan edib.
Qrup bu barədə elanı bazar günü öz "Twitter" səhifəsində paylaşıb.
"Biz tura çıxırıq! "Spice"nin [Girls] dünya turnesini xəbər verməkdən son dərəcə şadıq. Qrupun konsertlərinə biletlər bu şənbə [10 noyabr] yerli vaxtla 10:30-da satışa çıxarılacaq", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, turun startı 1 iyun 2019-cu ilə planlaşdırılıb. Qrup London, Mançester, Koventri, Sanderlend, Bristol kimi şəhərlərdə, həmçinin Şotlandiyanın paytaxtı Edinburqda konsertlər verməyi planlaşdırır.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31