Avropanın ən çirkləndirilmiş şəhəri hansıdır?
6 Noyabr 2018 11:17 DünyaMakedoniyanın Tetovo şəhəri Avropanın ən çirkləndirilmiş şəhəridir.
Bu barədə "numbeo.com" saytının tərtib etdiyi "Pollution Index 2018 Mid-Year" reytinqində bildirilir.
Tetovo şəhərinin ardınca İtaliyanın Neapol şəhəri gəlir, 3-cü yerdə Makedoniyanın paytaxtı Skopye qərarlaşıb.
Ən çirkləndirilmiş şəhərlərin ilk onluğuna həmçinin Tirana, Turin, Buxarest, Sarayevo, Krakov, Plovdiv və Kiyev şəhərləri də daxil olub.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31