Türkiyədən İraqdakı teraktla bağlı bəyanat

Türkiyə İraqın paytaxtı Bağdadın müxtəlif səmtlərində baş verən silsilə terror aktları ilə bağlı bəyanat yayıb.

Xarici İşlər Nazirliyindən verilən bəyanatda İraqa terrorizmlə mübarizədə dəstək veriləcəyi bildirilib.

"Bağdadın müxtəlif səmtlərində meydana gələn və çox sayda adamın həyatını itirməsinə və yaralanmasına səbəb olan terror hücumlarını şiddətlə qınayırıq", - bəyanatda qeyd edilib.

Qeyd edək ki, ötən gün Bağdadda baş verən partlayışlar nəticəsində 8 nəfər ölüb, 16 nəfər isə yaralanıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31