Britaniyalı idmançı 155 gün dayanmadan üzdü - VİDEO
5 Noyabr 2018 18:25 Dünyaİdmançı Ross Ecli Böyük Britaniyanı dövrə vuran ilk insan olub və Ginnesin Rekordlar kitabına düşüb.
Bununla bağlı "Sky News" telekanalı məlumat yayıb.
Bildirilib ki, iyulun 1-də Kent qraflığının Marqit şəhərindən üzməyə başlayan idmançı 155 günə 1780 mil (2864 kilometrə yaxın) məsafəni qət edib və quruya çıxmayıb. Bəzən o, gün ərzində 12 saat üzüb.
O, Ginnesin Rekordlar kitabına avqustun 12-də, səyahətinin 74-cü günündə düşüb.
Bu müddət ərzində o, 500 min kalori itirib və 500 banan yeyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31