Liberman: "ABŞ İrana kritik zərbə vurdu"

ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsi Tehranın Yaxın Şərqdə, o cümlədən Suriyadakı varlığına kritik zərbədir.

Bu sözləri İsrailin Müdafiə naziri Aviqdor Liberman deyib.

"Bir addımla ABŞ İranın Suriya, Livan, Qəzza, İraq və Yəməndəki varlığına kritik zərbə vurdu", - Liberman bildirib.

İsrail XİN də öz növbəsində ABŞ sanksiyalarını "vacib addım" adlandırıb.

Qeyd edək ki, bu gün ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsi aktivləşib.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31