Yeni erməni parlamenti: kimlər olacaq? - Köçəryan

Ermənistan parlamentində ən azı üç siyasi partiya təmsil oluna bilər.

Bunu jurnalistlərə açıqlamasında erməni siyasi texnoloq Karen Köçəryan deyib. Onun sözlərinə görə, parlamentə daha çox Vətəndaş Müqaviləsi Partiyası, Çiçəklənən Ermənistan Partiyası və Respublikaçılar Partiyasının düşəcəyi ehtimal olunur.

O, Paşinyanın keçmiş müttəfiqlərinin toplandığı Luys Blokunun seçkidə uğur qazana bilməyəcəyini deyib:

"Buna səbəb blok daxilində konsensusun əldə olunmamasıdır. Belə ki, blok üzvləri ayrı-ayrılıqda seçkiyə getmək qərarı alıblar ki, bu da onların şanslarını azaldır. Respublikaçılar isə seçkidə uğur qazana bilər. 20 illik partiyanın müəyyən sosial bazası var və onlar 5%-lik baryeri keçəcəklər. Bu partiya növbəti parlamentdə daha radikal mövqe göstərəcək".

Köçəryan parlamentə Sasna Çrer Partiyasının düşmək şanslarının da olduğunu deyib:

"Maraqlı olan odur ki, bu partiyanın baxışı həddən artıq radikaldır. Onları hansı elektoratın müdafiə edəcəyini demək çox çətindir".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31