İsrail çağırış etdi: "İrana sanksiyaları dəstəkləyin"

İsrail ABŞ-ın İrana qarşı sanksiya tətbiq etməsini dəstəkləyir.

Bunu jurnalistlərə açıqlamasında İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Naom Kats deyib. O, İsrailin digər dövlətləri də bu sanksiyaları dəstəkləməyə çağırdığını bildirib.

Kats bu sanksiyalar vasitəsilə İrandan gələn təhdidin qarşısının alındığını deyib.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31