Putinlə Netanyahu Parisdə görüşəcək
5 Noyabr 2018 16:16 Dünyaİsrail Baş naziri Benyamin Netanyahu ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş noyabrın 11-də Parisdə ola bilər.
Bunu jurnalistlərə açıqlamasında İsrail Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleks Ben Çvi deyib.
"Hələlik görüşün formatını deyə bilmərəm. Onlar arasında yüz faiz görüş olacaq, amma bunun masa arxasında və ya hansısa başqa formada olacağını deyə bilmərəm", - deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Rusiya tərəfi Putinin Parisdə ancaq ABŞ Prezidenti Donald Trampla görüşəcəyini, Netanyahu ilə isə ayaqüstü söhbət edəcəyini açıqlamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31