İrəvan əl çəkmir: KTMT-yə namizəd irəli sürdü

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsinə keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanın namizədliyini irəli sürəcək.

Bu məlumatı "Armenpress" saytı yayıb. Saytın iddiasına görə, KTMT baş katibliyi 2020-ci ilə qədər Ermənistanda olmalıdır və buna görə də İrəvan namizədlikdə israr edəcək.

Qeyd edək ki, noyabrın 2-də KTMT-nin rəhbəri Yuri Xaçaturov vəzifəsindən azad edilib. Rotasiya qaydasına uyğun olaraq, KTMT rəhbərliyi Belarusa keçməlidir və Belarus artıq Bakıda təhsil alan general Stanislav Zasın namizədliyini irəli sürüb.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31