Çin rəsmisi: "İranla qanuni ticarətə hörmət edilməlidir"
5 Noyabr 2018 15:12 DünyaÇin ABŞ-ın İrana qarşı bu gündən qüvvəyə minmiş yeni sanksiyalarına münasibət bildirib.
Rəsmi Pekinin mövqeyini Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq açıqlayıb.
O bildirib ki, İranla qanuni ticarətə hörmət edilməlidir. Çin rəsmisi sanksiyalardan təəssüfləndiyini də deyib.
Bununla belə, H.Çunyinq ölkəsinin İrana qarşı tətbiq edilən sanksiyalarından azad edilməsi ilə bağlı məsələyə münasibət bildirməyib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31