Ermənistanda vergi məmuru həbs edilib

Ermənistan Dövlət Gəlirlər Komitəsinin əməkdaşı rüşvətxorluq və 5 milyon dram (10 min 200 dollar) məbləğində vəsaiti mənimsəməkdə ittiham edilərək, tutulub.

Bu barədə Xüsusi İstintaq Komitəsi cinayət işi başlayıb.

Bildirilib ki, vergi müfəttişi Artak Petrosyan "rüşvət vermək", bu cinayətdə vasitəçilik etməkldə ittiham olunaraq həbs edilib. O, 2018-ci ilin iyun-oktyabr aylarında aldatma yolu ilə 5 milyon dram mənimsəyib. 

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31