Erməni Milli Konqresi seçkilərdən imtina etdi - "JAMAMAK"
5 Noyabr 2018 13:38 DünyaErməni Milli Konqresi partiyası dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.Bu barədə "Jamanak" qəzeti yazır.
Erməni nəşrinin qeyd etdiyinə görə, Erməni Milli Konqresi bir həftə öncə, parlament seçkilərində iştirak etmək haqda qərar qəbul etmişdi: "Lakin partiyanın nümayəndələri deyirlər ki, bu qərarın verildiyi zaman onlar seçki kodeksinə ediləcək düzəlişlər paketinin qəbuluna, seçkilərin proporsional qaydada keçiriləcəyinə, eləcə də siyahıların reytinq üzrə hazırlanmayacağına ümidvar idilər".
"Erməni Milli Konqresi 2017-ci ildə keçirilmiş seçkilərin təcrübəsindən belə nəticəyə gəlib ki, partiyanın reytinqli namizədləri və həmin namizədlərin səs qazanacaqlarına təminat yoxdur", deyə yazan adıçəkilən qəzet əlavə edib ki, partiya təmsilçiləri eyni zamanda, seçkiqabağı kampaniya üçün etibarlı maliyyə mənbəsi də tapa bilməyiblər ki, bu amil seçkilərdə iştirak üçün çox mühüm bir məsələdir.
SİA