“Amerika çökəcək” – SEPAH-dan şok təhdid
5 Noyabr 2018 12:58 Dünyaİran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) ABŞ-ın İrana qarşı nəzərdə tutduğu sanksiyaların tətbiqinə dair bəyanat yayıb.
Bəyanatda sanksiyalara görə ABŞ-a kəskin etiraz edilib.
Bəyanatda deyilir:
"Amerika imperializminin çökməsi qaçınılmaz reallıqdır. ABŞ və İran arasında 40 ildir davam edən meydan oxuma bir yandan İranın nüfuzunu göstərdiyi halda, digər yandan bu, ABŞ-ın çökməyə başlamasını göstərir".
Qeyd edək ki, bu gündən etibarən ABŞ İrana qarşı tətbiq etdiyi sanksiyaların icrasına başlayıb.
Onu da əlavə edək ki, 4 noyabr 1979-cu ildə islam inqilabçılarının Tehranda ABŞ səfirliyini ələ keçirməsinin 39-cu ildönümüdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31