Tatar deputat Krımın qaytarılması yolunu açıqladı

Hərb yolu ilə Krımın Ukraynanın tərkibinə qatılması hazırda Kiyev üçün qeyri-mümkün görünür.

Bu sözləri Krım-Tatar Xalq Məclisinin deputatı Mustafa Cəmil deyib.

O bildirib ki, Ukrayna hakimiyyəti yarımadanın qaytarılması üçün yalnız diplomatik yollardan istifadə edəcəyi ilə bağlı deklarasiya qəbul edib.

"Hərbi yol hazırda bizim üçün qəbuedilməzdir", - deyə tatar deputat bildirib.

Cəmil əlavə edib ki, Kiyev bütün dünyanın, beynəlxalq təşkilatların Rusiyaya təzyiq etməsi üçün yollar arayır.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31