Qərb Serbiyadan mübarizəni dayandırmağı tələb edir

Qərb Serbiyadan Kosovanın müstəqilliyinin tanınmasına qarşı diplomatik mübarizəni dayandırmasını istəyir.

Bunu Serbiya mediasına müsahibəsində Serbiya Xarici İşlər naziri İvitsa Daçiç deyib.

"Alban tərəfi məndən Qərbə şikayət edir, Qərb isə bunu dayandırmağı tələb edir. Ona görə ki, bu, albanları qıcıqlandırır və onların iddiasına görə, guya dialoqa zərər vurur", - deyə o bildirib.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31