Ruhani: "ABŞ-ı sanksiyalara görə peşman edəcəyik"

İran Prezidenti Həsən Ruhani ABŞ-ın rəsmi Tehrana bu gün qüvvəyə minən embarqo ilə bağlı danışıb.

H.Ruhani ABŞ-ın tətbiq etdiyi embarqonu tanımadıqlarını və neft satmağa davam edəcəklərini açıqlayıb.

O, Press TV-yə açıqlamasında bildirib ki, İran ABŞ sanksiyalarından yayınmağı bacaracaq və ABŞ-ı sanksiyalar tətbiq etdiyi üçün peşman edəcək:

"Birlikdə və müştərək səylərlə biz sanksiyalardan yayınacağıq. Biz ABŞ-ı peşman olmağa məcbur edəcəyik. Biz ölkəyə xarici investisiyalar cəlb edib, iqtisadi çiçəklənmə yolunu yeniləyəcəyik", - deyə o bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31