Aİ şirkətləri ABŞ və ya İranla əməkdaşlıq arasında seçim etmək məcburiyyətində qalacaqlar

Avropa İttifaqının şirkətləri ABŞ və ya İranla əməkdaşlıq arasında seçim etmək məcburiyyətində qalacaqlar.

Bu barədə "Fox News" telekanalına müsahibəsi zamanı ABŞ dövlət katibi Mayk Pompeo deyib.

M.Pompeo bildirib: "Avropa şirkətlərinə həm ABŞ, həm də İran ilə iş görməyə icazə verilməyəcək".

Qeyd edək ki, Donald Tramp aprelin 8-i ABŞ-ın İran və 6 beynəlxalq vasitəçi ilə (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa, Almaniya) 2015-ci ildə nüvə probleminin həlli barədə imzalanan sazişdən çıxmasını bəyan edib. ABŞ avqustun 7-si yenidən İrana qarşı sanksiyalar tətbiq edib. Sanksiyların əsas hissəsinin bu gündən tətbiq ediləcəyi gözlənilir.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31