Kanada sakini milli lotereyada 7,3 milyon dollar udub
5 Noyabr 2018 11:41 DünyaKanada sakini "6/49" milli lotereyasında 9,6 milyon kanada dolları (7,3 milyon ABŞ dolları) udub.
Bu barədə lotereyanı keçirən "OLG" şirkəti xəbər verir.
Təşkilatçılar bildirib: "Uduşlu biletin rəqəmləri - 7, 8, 24, 32, 42 və 48. Bonus-rəqəm - 45".
Bildirilir ki, hazırda biletin Kanadanın Ontario əyalətində satıldığı bilinir, lakin daha dəqiq məlumat verilmir.
Qeyd edək ki, Kanada tarixində ən böyük cekpot - 49, 5 milyon dollar 2015-ci ilin oktyabr ayında oynanılıb.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31