Son iki gündə Yəməndə gedən döyüşlərdə 150-dən çox insan həlak olub
5 Noyabr 2018 11:18 DünyaYəmənin hakimiyyət orqanları liman şəhəri Hodeydada son 2 gündə husilərlə hökumət qüvvələri arasında gedən döyüşlərdə hər iki tərəfdən ümumilikdə 150-dən çox insanın həlak olduğunu bildiriblər.
Hava və artilleriya zərbələri ilə üsyançıların limanın ətrafındakı mövqeləri atəşə tutulub. Hökumət qoşunları qiyamçıları sıxışdırmağa çalışır.
Məlumata görə, Bayda və Saada vilayətlərində də həmçinin qızğın döyüşlər başlayıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası üsyançılarla müharibəyə 2015-ci ildə cəlb edilib. Bu illər ərzində Yəməndə gedən vətəndaş müharibəsində təxminən 10000 insan həlak olub.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31