Türkiyə Hərbi Dəniz Qüvvələrinə yeni yerli gəmi verilib

Türkiyə Hərbi Dəniz Qüvvələrinin silahlanmasına "TCG Burgazada F-513" adlı yeni yerli istehsallı gəmi daxil edilib.

Bu, hərbi dəniz bazasının qayıq və hava hücumundan müdafiə üzrə keşikçi və konvoy xidmətləri üçün nəzərdə tutulmuş sayca üçüncü gəmisidir.

Hazırda Türkiyədə "MİLGEM" (gəmilərin inşası), LHD (çoxməqsədli desant gəmisinin tikintisi), "LST" (amfibiya-gəminin inşası) və "MOSHIP" (sualtı xilasetmə qayığının tikintisi) layihələrinin hazırlanması üzrə iş gedir.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31