Türkiyədə yol qəzası baş verib, ölən və yaralananlar var
5 Noyabr 2018 07:49 DünyaTürkiyənin Kütahya şəhərində minik avtomobili qəzaya uğrayıb.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 1 nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb.
Hadisə yerinə gələn təcili tibbi yardım briqadaları xəsarət alanları xəstəxanalara çatdırıblar.
Məlumata əsasən, qəza avtomobil döngəyə girən zaman sürücü idarəetməni itirməsi səbəbindən baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31