Çində 26 avtomobilin iştirakı ilə yol qəzası: 14 ölü

Çində ağır yol qəzası baş verib.

Trend-in "Xinhua" agentliyinə istinadən verdiyi məlumata əsasən, 26 avtomobilin iştirakı ilə baş verən qəzada 14 nəfər həyatını itirib.

Hadisə ölkənin Lançjou vilayətində baş verib. 27 nəfərin xəsarət aldığı bildirilir. Qeyd olunur ki, yük avtomobilinin sürücüsü idarəetməni itirib, nəticədə 26 avtomobil bir-birinə toqquşub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31