“Miss Yer Kürəsi” müəyyənləşdi

"Miss Yer Kürəsi" titulunu 2018-ci ildə Vyetnamdan olan 23 yaşlı Fıonq Khan Nquen qazanıb.

İkinci, üçüncü və dördüncü yerlərə "Miss Atəş" - meksikalı Melissa Flores, "Miss Su" - kolumbiyalı Valeriya Ayos və "Miss Hava" - avstriyalı Melani Mader layiq görülüblər.

Müsabiqə Filippində təşkil edilib.

Qeyd edək ki, BMT-nin təşkilatçılığı ilə hər il keçirilən müsabiqə ətraf mühitin problemlərinə diqqətin cəlb edilməsi məqsədi güdür.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31