Almaniyada ölüm hökmü tamamilə ləğv edilib

Almaniyanın Hessen federal torpağı Konstitusiyadan ölüm hökmü cəzasını çıxaran qanun qəbul edib.

Beləliklə, ölüm cəzası bütün Almaniya ərazisində tamamilə qadağan edilib.

Qeyd edək ki, ölüm hökmü cəzasının 1949-cu ildə Almaniya Federativ Respublikasının Konstitusiyasından çıxarılmasına baxmayaraq, bu regionun qanunlarında qalırdı.

Bu gün Avropa İttifaqının heç bir ölkəsində ölüm cəzası tətbiq edilmir.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31