Yaponiya sahilləri yaxınlığında bir ada batıb
2 Noyabr 2018 16:17 DünyaYaponiyanın şimal sahilləri yaxınlığında, Kuril adalarının cənubundakı kiçik və əhalisi olmayan Esanbe Hanakita Kodzima adası suyun altında qalıb.
Yaponiya Sahil Mühafizəsinin son dəfə 1987-ci ildə araşdırma apardığı ada dəniz səviyyəsindən 1,4 metr yüksəklikdə idi.
Esanbe Hanakita Kodzima adası Yaponiya hökumətinin hüquqlarını bəyan edərək müstəsna iqtisadi zonasını genişləndirmək üçün 2014-cü ildə adlar verdiyi 158 xırda adadan biridir.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31