Gizli müayinə: “Piylənməyə meyillidir, amma…” – Kəşfiyyat prezidenti izləyirmiş
2 Noyabr 2018 16:12 DünyaCənubi Koreya Milli Kəşfiyyat Xidməti Şimali Koreya lideri Kim Çen İnin səhhətini bir kompüter proqramı vastəsilə nəzarətdə saxlayır.
Bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb.
Kəşfiyyatdan agentliyə verilən açıqlamada deyilir:
"Xüsusi hazırlanmış proqram vasitəsilə Kim Çen İnə aid əldə edilmiş videogörüntülər təhlil ediləcək. Hazırda isə onu deyə bilərik ki, Şimali Koreya lideri üç ölçülü model vəziyyətindədir.
Kəşfiyyat xidməti Kim Çenin diabet və yüksək qan təzyiqi üçün həddən artıq kök və piylənməyə meyilli olmasına baxmayaraq, nisbətən sağlam olduğunu bildirir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31