NASA kosmik aparatını itirdi
2 Noyabr 2018 14:55 DünyaNASA-nın "Davn" kosmik aparatı ilə əlaqə kəsilib.
Bu barədə qurumun rəsmi saytında informasiya yerləşdirilib.
Kosmik aparatla əlaqənin itməsinə səbəb olaraq "Davn"ın antenaları üçün yanacaq kimi istifadə olunan hidrazin maddəsinin çatışmazlığı göstərilib. Ekspertlərin fikrincə, kosmik aparat bir neçə onilliklər ərzində Çarera cırtdan planetinin orbitində ilişib qalacaq.
Qeyd edək ki, "Davn" avtomatik planetlərarası stansiyası 2007-ci ildə Vesta asteroidi və Çerera cırtdan planetinin araşdırılması üçün göndərilib. Bu, orbitdən birdən artıq səma cisminin araşdırılması üçün təşkil olunan ilk missiya kimi tarixə düşüb.
AXAR.AZ
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31