Qaşıqçı Salmanı bitirir: Ər-Riyad yeni vəliəhd axtarır

Camal Qaşıqçının ölümü Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın ölkə elitası daxilindəki mövqelərini zəiflədib.

"Vaşinqton Post" Ər-Riyada qarşı Qaşıqçı olayı ilə əlaqədar edilən təzyiqlər səbəbindən kral ailəsinin yeni vəliəhd şahzadə axtarmağa məcbur etdiyini yazıb.

"Kralın qardaşı şahzadə Əhməd bin Əbdüləzizin Londondan ölkəyə geri qayıtması vəliəhd dəyişikliyi ehtimalını daha da artırıb. Başqa bir versiyaya əsasən, Ər-Riyada beynəlxalq arenada olan inamı geri qaytarmaq üçün Salman öz hakimiyyətini yüksək vəzifəli yaxın qohumlarından biri ilə bölməli olacaq.

Vəliəhdin ABŞ-da da nüfuzu azalmağa başlayıb. Belə ki, Səudiyyə Ərəbistanına dəstəkdən artıq nüfuzlu respublikaçı və demokratlar imtina ediblər", - nəşrin məlumatında bildirilib.

Qeyd edək ki, bundan öncə də Ər-Riyadın vəlihdi dəyişməklə bağlı müzakirələr apardığı haqda məlumat yayılmışdı.

AXAR.AZ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31