Netanyahudan Trampa: "Salmanı qoruyun, müttəfiqdir"

İsrail Baş naziri Benyamin Netanyahu Vaşinqton administrasiyasından bundan sonra Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanı dəstəkləməsini istəyib.

"Vaşinqton Post" Tramp administrasiyasına müraciəti zamanı Netanyahunun vəliəhdi özünün Yaxın Şərqdəki strateji tərəfdaşı adlandırdığını yazıb.

Qəzet analoji müraciəti Ağ Evə Misir Prezidenti Əbdülfəttah Sisinin də etdiyini bildirib.

AXAR.AZ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31