İsrailin S-300 qorxusu: Hücumlar edilir, amma gizli…
2 Noyabr 2018 12:16 DünyaSentyabrın 17-də Rusiyanın İl-20 təyyarəsinin suriyalılar tərəfindən səhvən vurulmasından sonra İsrail Suriyada təkbaşına bir dəfə də hərbi əməliyyat keçirməyib.
Bu barədə "Kontra Maqazin" nəşri yazıb.
Nəşr qeyd edir ki, Rusiya S-300-lərinin regionda yerləşdirilməsinə baxmayaraq, İsrail Suriyadakı bombardmanları dayandırmayacağını dəfələrlə bəyan etmişdi. Amma İl-20 faciəsindən sonra İsrail mətbuatında bu hücumlar haqqında heç nə yazılmadı, baxmayaraq ki, əvvəllər bu, daha çox işıqlandırılırdı.
Nəşr eyni zamanda hesab edir ki, hücumlar davam edir, amma bu barədə yazmaq və reportajlar hazırlamaq dayandırılıb.
Bununla belə İsrail hökuməti də hücumların Rusiya ilə razılaşdıqdan sonra həyata keçirildiyini bəyan edib.
Qeyd edək ki, İl-20 təyyarəsinin suriyalılar tərəfindən səhvən vurulmasından sonra Rusiya Suriyaya S-300 sistemlərinin yerləşdirilməsinə qərar vermişdi.
AXAR.AZ