"Google" əməkdaşları ABŞ-da cinsi zorakılığa qarşı etiraz aksiyası keçiriblər
2 Noyabr 2018 11:52 Dünya"Google" şirkətinin əməkdaşları ABŞ-da cinsi zorakılığa qarşı etiraz əlaməti olaraq noyabrın 1-də öz iş yerlərini tərk ediblər.
İşçilər əllərində "Bu yaxşı deyil, Google!" və "Zalım olmayaq" şüarlarınnın yazıldığı plakatlarla şirkətin Nyu-Yorkdakı ofisinin qarşısına toplaşıblar.
"Google" əməkdaşlarının narazılığına şirkət rəhbərliyinin 2014-cü ildə cinsi zorakılıqda ittiham olunduqdan sonra korporasiyanı tərk etmiş "Android" əməliyyat sisteminin yaradıcısı Endi Ruinə 90 milyon dollar ödəməsi haqqında dərc olunan məlumatlar səbəb olub.
Analoji etiraz aksiyası San-Fransiskoda da keçirilib.
Bundan əvvəl "Google" 10 mlrd. dollarlıq layihədən imtina edib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31