Ermənistan parlamenti buraxılır
1 Noyabr 2018 16:19 DünyaErmənistan parlamenti yeganə namizəd olan Nikol Paşinyanı yenidən baş nazir postuna seçməyib.
Məlumatı Ermənistan KİV-i yayıb.
Qeyd edək ki, seçki formal xarakter daşıyır.
Xatırladaq ki, N.Paşinyan oktyabrın 16-da istefa verib. Ölkə qanunlarına əsasən, parlament iki dəfə baş naziri seçə bilməzsə buraxılır. Birinci seçki oktyabrın 24-də keçirilib. Odur ki, bu dəfə də seçki baş tutmadığından Ermənistan parlamenti buraxılır. Növbədənkənar parlament seçkilərinin dekabrın 9-da keçiriləcəyi gözlənilir. Seçkilərin keçirilmə tarixini ölkə prezidenti elan edəcək.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31