Türkiyə ötən ay Cümhuriyyət tarixinin ən yüksək ixrac göstəricisinə nail olub

Bu ilin oktyabr ayında Türkiyədən ixrcın dəyəri Cümhuriyyət tarixində ən yüksək həddə olub. 

Bu barədə ölkənin ticarət naziri Ruhsar Pekcan məlumat verib. 

Onun sözlərinə görə, ötən ay Türkiyənin ixrac etdiyi məhsul və xidmətlərin ümumi dəyəri aylıq müqayisədə 13,1% artaraq 15,732mlrd. ABŞ dollarına yüksəlib. Ölkəyə idxal olunmuş məhsul və xidmətlərin dəyəri isə 23,5% azalaraq 16,261 mlrd. dollara düşüb. 

"Oktyabrda ən çox ixrac Almaniya, İngiltərə və İtaliyaya həyata keçirilib. Yeni iqtisadi proqram çərçivəsində Türkiyənin 2018-ci ildəki icracının dəyərinin 170 mlrd. dollara çatacağı gözlənilir", - nazir qeyd edib. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31