ABŞ Venesualanın qızıl ixracına sanksiya tətbiq edəcək

ABŞ Venesuelanın qızıl ixracını məhdudlaşdırmaq üçün bu ölkəyə qarşı sanksiya tətbiq etməyə hazırlaşıb.

Bu barədə "The Wall Street Journal" nəşri yazıb.

Məqalədə deyilir ki, bu günlərdə elan ediləcək sanksiyaların məqsədi saxta şirkətlər vasitəsilə "çirkli pullar"ın hərəkətinin qarşısını almaqdır. Bununla bağlı ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Mayamidə bəyanatla çıxış edəcəyi gözlənilir.

Xatırladaq ki, bir qədər əvvəl Venesuela valyuta bazarında dollar satmaqdan imtina edib. 

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31