Lukaşenko: "ABŞ-sız Ukraynada heç nə əldə edə bilməyəcəyik"
1 Noyabr 2018 12:21 DünyaBelarus Ukraynanın şərqində sülhün qorunması üçün məsuliyyəti üzərinə götürməyə hazırdır.
Bunu jurnalistlərə açıqlamasında Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. Onun sözlərinə görə, Minsk Rusiya-Ukrayna sərhədində nəzarəti də həyata keçirməyə hazırdır. O, bu məsələnin reallaşdırılması üçün həm Rusiya, həm də Ukrayna ilə danışıqlar aparılması gərəkdiyini bildirib. Lukaşenko həmçinin bu işin ABŞ-la da müzakirə edilməsi gərəkdiyini açıqlayıb:
"Gəlin doğru danışaq. Əgər biz ABŞ-ı danışıqlar masasına cəlb edə bilməsək, çətin ki, öz hədəfimizə çata bilək".
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31