Qadınlara kosmosda doğmaq təklif edilir
31 Oktyabr 2018 16:00 Dünya"SpaceLife Origins" şirkəti kosmosda uşaq dünyaya gətirməyə razı olacaq qadınlar axtarır.
Bununla bağlı "Globe Newswire" məlumat verib.
Eksperimentin 2024-cü ildə keçirilməsi nəzərdə tutulur. 24-36 saatlıq missiya zamanı qadın Yerdən 400 kilometr aralıda tibb işçilərinin müşayəti ilə doğuş həyata keçirəcək.
Könüllülərin axtarışına 2022-ci ildən başlanılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31