Dünya müharibəsində çaya atılan mərmilər təmizlənir
31 Oktyabr 2018 15:22 DünyaFransanın Verdun bölgəsindəki Meuse çayı 1-ci dünya müharibəsi zamanı atılmış top mərmilərindən təmizlənir.
Mərmilər kran vasitəsilə sudan çıxarılıb.
1 gün ərzində 5 tondan çox partlamamış mərmi aşkar edilərək sudan götürülüb. Daha 250-300 ton mərminin olduğu ehtimal edilir.
Qeyd edək ki, Verdun bölgəsi 1916-cı ildə Almaniya və Fransa ordularının şiddətli döyüşlərinə səhnə olub.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31