Misturanın yerinə o gələcək

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stafan de Misturanın yerinə gələcək şəxsin adı açıqlanıb.

BMT Baş katibi Antonio Quterreş bu vəzifəyə Geyr Pederseni təyin edib.

O, Misturanın bu postdan ayrılmasından sonra vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, Mistura 3 həftə öncə verdiyi açıqlamada noyabrın sonunda istefa verəcəyini açıqlamışdı.

"Qafqazinfo"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31