Bekhemin izlədiyi türk məşhur kimdir?

Türkiyədə hitlərə imza atan və fərqli obrazı ilə diqqət çəkən müğənni Aleyna Tilki məşhur futbolçu Devid Bekhemin oğlu Bruklinin də diqqətini çəkib.

İnstaqramda 11 milyon 400 min izləyicisi olan Bruklin gənc ifaçını izləməyə başlayıb. 

Tilki də Bekhem ailəsinin üzvünə qarşılıq verərək ona "follow" atıb.  Hər iki tanınmışın bir-birini izləməsi xarici KİV-lərin də diqqətindən yayınmayıb, bu barədə xəbər dərc ediblər. 

qafqazinfo


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31