Zəlzələ adanın yerini dəyişdi

Yunanıstanın Zakintos adası bir neçə gün əvvəl baş vermiş güclü zəlzələ nəticəsində yerini 3 santimetr dəyişib.

Bölgədə oktyabrın 26-a keçən gecə 6,4 bal gücündə zəlzələ baş verib.

Hadisə nəticəsində dağıntı və ya itkilər qeydə alınmasa da, sakinlər gecəni küçədə keçirməli olub.

Bölgədə bu gün səhər saatlarında da 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31