Yaponiyada sunami zamanı təxliyə üçün mobil proqram əlavəsi hazırlanıb

Yapon proqramçılar əhalinin sıx yaşadığı şəhərlərdə sunami zamanı təxliyəyə kömək məqsədilə smartfonlar üçün xüsusi proqram əlavəsi hazırlayıblar.

Əlavə Tokio yaxınlığındakı Kavasaki şəhərinin köməyi ilə Thoku Universiteti yanında Təbii Fəlakətlərin Öyrənilməsi Beynəlxalq Elmi-Tədqiqat İnstitutu və Fuziçu laboratoriyası tərəfindən hazırlanıb. Əlavəni hazırlayanların bildirdiyinə görə, o, naviqasiyadan istifadə edərək təxliyə yerinə ən yaxın marşrutu tapmağa kömək edir.

Əlavədən istifadə edənlər fotolar və şərhlər yayaraq sualtında qalan ərazilər, dağılan binalar barədə informasiyaları bölüşə bilərlər.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31