Seçkilərdən sonra Gürcüstanda kütləvi həbslər
30 Oktyabr 2018 17:26 DünyaGürcüstanda keçirilən prezident seçkilərində qanun pozuntusuna yol verən 15 nəfər məsuliyyətə cəlb edilib.
Bununla bağlı Gürcüstan daxili işlər nazirinin müavini Natiya Mezvrişvili məlumat verib.
Onun sözlərinə görə, səsvermə zamanı baş verən insidentlərlə bağlı araşdırmalar aparılır. Mezvrişvili əlavə edib ki, saxlanılan şəxslər arasında müxaliflərlə yanaşı, hakim "Gürcü arzuları" partiyasının üzvləri də var.
Xatırladaq ki, seçkilərin birinci turunun nəticələrinə əsasən, namizədlər 50 faizlik səddi keçə bilməyiblər. İkinci turda mübarizə Salome Zurabişvili və Qriqol Vaşadze arasında baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31