Tramp Hillari Klintonla 2020-ci il prezident seçkilərində yenidən üz-üzə gəlmək arzusundadır

ABŞ Prezidenti Donald Tramp keçmiş dövlət katibi, son seçkilərdəki rəqibi Hillari Klintonla 2020-ci il prezident seçkilərində yenidən üz-üzə gəlmək arzusundadır.

D.Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində məlumat verib.

"O, xoşuma gəlir. Elə onların hamısı (Demokrat Partiyasından namizədlər - red.) xoşuma gəlir və aralarında başabaş gəlmək istəmədiyim kimsə yoxdur".

Daha əvvəl H.Klinton da "Recode"ə müsahibəsində 2020-ci ildəki prezident seçkilərində namizədliyini irəli sürəcəyini istisna etməyib. Belə ki, sabiq dövlət katibi 2021-ci ildə Ağ Evə demokratın gəlməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulamışdı.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31