Paşinyanın Xaçaturovla bağlı qəti tələbi – Səfir açıqladı

İrəvan artıq KTMT rəhbərinin dəyişdirilməsi prosesinə başlayıb və bu normal prosesdir.

Bunu "Exo Moskva"ya açıqlamasında Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan deyib. O, İrəvanın Yuri Xaçaturovun KTMT rəhbərliyindən çıxarılmasını qətiyyətlə tələb etdiyini bildirib.

Toqanyan həmçinin Xaçaturovun taleyinə KTMT-yə üzv ölkələrin rəhbərləri tərəfindən aydınlıq gətiriləcəyini açıqlayıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31