CHP və İYİ Ərdoğana qarşı birləşir? – Gözlənilməz görüş

Türkiyə Böyük Millət Məclisində İYİ Partiyasının sədri Maral Akşənərlə CHP fraksiyasının sədri Özgür Özəl arasında bu gün görüş baş tutub.

Türkiyə mediası Akşənərlə Özəlin gözlənilməz görüşü fonunda partiyaların qarşıdakı seçkilərdə ittifaqa hazırlaşması ilə bağlı iddialar ortaya atıldığını bildirib.

Qeyd edək ki, bir qədər əvvəl AKP-MHP ittifaqının bələdiyyə seçkilərində birlikdə iştirak etməyəcəyi açıqlanmışdı.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31