Rusiyada vətəndaşların borcu onlara SMS-lə bildiriləcək
30 Oktyabr 2018 14:17 DünyaRusiya vətəndaşlarına onların borcları barədə məlumat verilməsi proseduru dəyişdirilə bilər. Bununla bağlı qanun layihəsi hazırlanır.
Bu barədə qonşu ölkənin Məhkəmə İcraçıları Federal Xidmətinin rəhbəri Dmitri Aristov bildirib.
Onun sözlərinə görə, poçt vasitəsilə məlumatlandırma həmişə lazımi effekti vermir, üstəlik bu üsul xərc tələb edir.
"Məlumatı borclu şəxsə SMS və yaxud elektron hökumət portalı vasitəsilə göndərmək təklif olunur. Bu cür məlumatlandırmanın tətbiqinə 1 yanvar 2020-ci ildən başlanıla bilər", - deyə o qeyd edib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31