“Paşinyan Respublika Partiyasına minnətdar olmalıdır” – Armen Aşotyan
30 Oktyabr 2018 13:56 Dünya"Seçki kodeksi üzrə səsvermə isbat etdi ki, parlament hökumətin girovu deyil".Bu barədə jurnalistlərlə söhbətində Respublika partiyasının parlament fraksiyasındakı deputatı Armen Aşotyan deyib.
"Parlament öz siyasi qiymətini verdi və sübut etdi ki, hökumətdən asılı olmamaqla yanaşı, onun girovuna da çevrilməyib. Həmçinin, Ermənistanda antidemokratik proseslər presedenti baxımından, hadisələrə müdaxilə mədəniyyətinin qarşısı alınıb", Aşotyan deyib.
A.Aşotyan bildirib ki, Respublika Partiyası siyasi prinsipiallıq göstərərək Avropa Şurasının üzvü kimi, Ermənistanda seçki kodeksinə varvar yanaşmasının qarşısını aldı və buna görə, Paşinyan bizə minnətdar olmalıdır.
SİA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31