Boltonun İrəvana xəbərdarlığı: Rusiyada ona nə deyiblər?
30 Oktyabr 2018 13:36 DünyaABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Ermənistandan olan ekspertlər və politoloqlarla görüşü zamanı Ermənistanın Rusiyanın bayrağı altında Suriyaya humanitar missiya göndərmək istəməsindən narazı olduğunu dilə gətirib.
Bu məlumatı "İravunk" qəzeti yayıb.
"Bolton görüş zamanı Suriyaya göndəriləcək missiyanın humanitar yox, hərbi xarakter daşıyacağı halda hər şeyin pis olacağıyla bağlı eyham vurub. O, həmçinin Rusiyada görüşləri zamanı bu təşəbbüsün Ermənistandan gəldiyinə dair məlumatlar əldə etdiyini bildirib. Bizim mənbələrimiz isə hazırda humanitar missiya məsələsinin Müdafiə Nazirliyində ciddi müzakirə olunduğunu qeyd ediblər", - deyə o bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31